Almaniya Rusiya ilə mümkün müharibəyə hazırlaşır – NATO sərhədində dron sınağı
Almaniya Litva-Belarus sərhədindən cəmi bir neçə kilometr aralıda Rusiya tanklarını imitasiya edən hədəflərə qarşı Almaniya istehsalı olan zərbə dronlarından istifadə etməklə NATO ərazisinə mümkün Rusiya zirehli hücumunun qarşısını almaq üçün hərbçilərinə təlim keçir.
TodayPress TV xəbər verir ki bu barədə “Bild”nəşri məlumat yayıb.
Bundesver təlimləri NATO-nun şərq cinahı yaxınlığında keçirilən hərbi manevrlər çərçivəsində həyata keçirib. Təlimlərdə Almaniyanın “Helsing” və “Stark” müdafiə şirkətləri tərəfindən hazırlanmış dronlardan istifadə olunub. Bu dronlarla irəliləyən Rusiya qüvvələrini imitasiya edən zirehli texnikalara zərbələr endirilib.
Təlimlərdə pilotsuz sistemlərin Rusiya ilə mümkün hərbi qarşıdurma zamanı Almaniya qoşunlarına zirehli hücumun qarşısını almaqda necə kömək edə biləcəyi sınaqdan keçirilib.
Bu təlimlər NATO-nun şərq cinahındakı üzv ölkələrə qarşı Rusiyanın mümkün hücumuna hazırlığa getdikcə daha çox diqqət yetirdiyini göstərir.
Ukraynanın döyüş təcrübəsi nisbətən ucuz dronların zirehli birləşmələr üçün təhlükə yarada və hücum əməliyyatlarını poza biləcəyini nümayiş etdirib.
Almaniya üçün bu sistemlərin ön cəbhə bölmələrinə inteqrasiyası Litvanı müdafiə etmək və Baltik regionunda Rusiyanın mümkün hərbi hücumuna cavab vermək imkanlarını gücləndirə bilər.
Zəhra Məmmədova