ABŞ-da təyyarə qəzası: 6 ölü
ABŞ-ın Missisipi ştatının sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, dalğıclar Missisipi ştatındakı Horn adasından təxminən 3,2 kilometr aralıda batmış təyyarənin göyərtəsində olan 6 nəfərin meyitini aşkar ediblər.
Qurum təyyarədə olan şəxslərin kimliyini açıqlamayıb.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində 4 böyük və 2 uşaq həyatını itirib.