Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq bəyannaməsi imzalandı

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq bəyannaməsi imzalandı
25.11.2026 11:46 Siyasət

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris imzalayıblar.

Vurğulanıb ki, imzalanma mərasimi Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.

FOTOLAR

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq bəyannaməsi imzalandı — 1
Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq bəyannaməsi imzalandı — 2
XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər