XXI əsrdə ilk “qızıl” dubl: “McLaren” “Formula-1”də dirçəlişini təsdiqlədi
İdman
08.12.2025 14:05
“Formula-1”in yeni dünya çempionu, britaniyalı Lando Norris titulunu qazandıqdan sonra sosial şəbəkələrdə paylaşım edib.
TodayPress TV xəbər verir ki, Norris, “Dünya çempionu”, — deyə yazıb.

Norris 2025-ci il mövsümünün 24-cü, BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən final mərhələsində çempionluğu təmin edib. Bu 26 yaşlı britaniyalı pilot üçün karyerasının ilk tituludur.
Qeyd edək “Formula-1”in Britaniya komandası “McLaren” XXI əsrdə ilk dəfə “qızıl” dublu rəsmiləşdirib və 17 ildən sonra şəxsi hesabda ilk titulu qazanıb.
26 yaşlı britaniyalı Lando Norrisin şəxsi hesabda qələbəsi “McLaren”in 2008-ci ildə Lüis Hemiltonun debüt çempionluğundan sonra ilk tituludur.

Konstruktorlar Kubokunda vaxtından əvvəl çempionluq isə britaniyalılara “qızıl” dublu rəsmiləşdirməyə imkan verib, çünki onlar 2024-cü ildə artıq komanda hesabında qalib gəliblər.

Xatırladaq ki, “McLaren” sonuncu dəfə Konstruktorlar Kubokunda ardıcıl bir neçə titulunu 1988–1991-ci illərdə qazanıb.
Namiq HUN
tag: Lando Norris,Formula 1,Mclaren,Yarış,Todaypress.tv,
