XIII turda gərginlik: “Neftçi” Gəncədə qalib gəldi
Azərbaycan Basketbol Liqasında XIII turun növbəti oyunları keçirilib.
TodayPress TV xəbər verir ki, əvvəlcə B qrupunda “Ordu” klubu öz meydanında “Sərhədçi”ni qəbul edib. Görüş meydan sahiblərinin 98:82 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunda isə “Gəncə” və “Neftçi” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada paytaxt təmsilçisi 77:75 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, turun ilk oyununda “Naxçıvan” klubu “Lənkəran” üzərində 106:75 hesablı inamlı qələbə qazanıb.
Namiq HUN