Koreya müharibəsindən bəri ilk dəfə... - ABŞ 2400 hərbçini "dəfn" etdi
ABŞ ordusu Koreya müharibəsindən bəri ilk dəfə genişmiqyaslı döyüş meydanında dəfn təlimi keçirib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hərbçiləri yüksək intensivlikli müharibəyə hazırlıq çərçivəsində 24 saat ərzində 2 400-ə qədər cəsədin müvəqqəti basdırılması prosedurlarını sınaqdan keçiriblər.
Təlim ABŞ ordusunun mümkün genişmiqyaslı münaqişə zamanı çoxsaylı hərbçi itkilərinin idarə olunmasına hazırlığını yoxlamaq məqsədi daşıyıb.
Ssenarinin eyni düşmənə qarşı yüksək intensivlikli döyüş ehtimalı nəzərə alınaraq hazırlandığı bildirilir.
Jalə Rövşən