Azərbaycan güləşi mundialda yeni medalların astanasında!
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
TodayPress TV xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) mundialda uğur qazanmağa çalışacaqlar.
Arseniy Cioyev ilk görüşündə Bəhreyn təmsilçisi Xıdır Saypudinovla qarşılaşacaq. Digər üç güləşçimiz isə yarışa növbəti mərhələdən başlayacaqları üçün ilk görüşlərini gözləyəcəklər.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub. Nihat Məmmədli (63 kq) isə mundialın gümüş medalını qazanıb.
Namiq HUN