“Winter Fairytale” beynəlxalq turniri başa çatdı
Milli Gimnastika Arenasında qış mövsümünün sehrini əks etdirən “Winter Fairytale” beynəlxalq turniri keçirilib.
TodayPress TV xəbər verir ki, yarışda 9 ölkədən 28 klubun ümumilikdə 262 gimnastları öz istedadlarını nümayiş etdiriblər.
Gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə (2010–2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018–2019-cu il təvəllüdlülər) alətsiz proqramla yanaşı, lent, halqa, top, gürzlər və ip növlərində çıxış edərək texniki bacarıqlarını sərgiləyiblər.
Proqramların sonunda müxtəlif kateqoriyalarda fərqlənən gimnastlar mükafatlandırılıb.
Namiq HUN