Vilnöv Ferstappenin gizli üstünlüyünü açıqladı

İdman

26.11.2025 16:47

Keçmiş “Formula-1” çempionu Jak Vilnöv, “Red Bull” komandasının pilotu Maks Ferstappeni titulun əsas favoriti hesab edir.

TodayPress TV xəbər verir ki, bu barədə GP Blog məlumat yayıb. 

O hesab edir ki, niderlandlı pilotun Lando Norrisdən 24 xal geri qalmasına baxmayaraq, Ferstappen titul mübarizəsinin favoritidir.

“Mən yenə də çox kiçik fərqlə cari mövsüm titul uğrunda mübarizədə Maks Ferstappenə üstünlük verərdim. O, həm təcrübəsinə, həm də “McLaren”in iki pilotunun komanda taktikasını tam həyata keçirə bilməməsinə görə uğur qazana bilər”, - deyə Vilnöv vurğulayıb.

Jak, həmçinin əlavə edib ki, “McLaren” sürət baxımından üstünlüyünü qorusa da, “Red Bull”un komanda taktikası çempionluq mübarizəsində həlledici faktor ola bilər. 

Namiq HUN

TodayPress TV

tag: Jak Vilnöv,Formula 1,Ferstappen,Açıqlama,Todaypress.tv,