Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq

Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq
28.07.2026 11:17 İdman

İngiltərə futbol liqalarında qapıçıların zədə simulyasiyasının qarşısını almaq məqsədilə yeni qayda tətbiq olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Qapıçıya fizioterapevtin köməyi lazım olarsa, komandası bir dəqiqə ərzində azlıqda mübarizə aparacaq. Baş məşqçi 10 saniyə ərzində meydanı tərk edəcək futbolçunun adını bildirməlidir. Əks halda, meydanı komandanın kapitanı tərk edəcək.

Qayda yalnız ciddi zədələrə, o cümlədən beyin silkələnməsi, qanaxma və digər təxirəsalınmaz hallara şamil edilməyəcək. Həmçinin oyun dayandırılmadığı vəziyyətlərdə bu cəza tətbiq olunmayacaq.

Eksperimentin nəticələri Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən qiymətləndiriləcək. Qərar müsbət olacağı təqdirdə, yeni qaydanın 2027/2028 mövsümündən etibarən bütün dünyada tətbiqi mümkün olacaq.

Bildirilir ki, bu təşəbbüsə səbəb olan hadisələrdən biri 2025-ci ilin noyabrında baş verib. Həmin vaxt “Lids Yunayted”in baş məşqçisi Daniel Farke “Mançester Siti”nin qapıçısı Canluici Donnarummanı vaxt qazanmaq üçün zədəni qəsdən simulyasiya etməkdə ittiham etmişdi. Həmin görüşdə “Mançester Siti” Fil Fodenin əlavə olunmuş vaxtda vurduğu qol sayəsində 3:2 hesablı qələbə qazanmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər