“Real” 45 milyon avronu niyə xərclədi? Veron cavab verdi!
Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron “Real Madrid”in hücumçusu Franko Mastantuononun futbol keyfiyyətləri və şəxsi xüsusiyyətləri barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Veron hazırda icarə əsasında “Fiorentina”da çıxış edən argentinalı futbolçunun istedadlı olduğunu bildirib:
“Frankonun bir sıra üstün keyfiyyətləri var. O, driblinqə asanlıqla gedir və yaxşı sürətə malikdir. Lakin Niko Pasla müqayisədə şəxsiyyət kimi daha az yetkindir. Bu da normaldır, çünki Niko ondan üç yaş böyükdür.
Mastantuonoya ustalıq, texnika və cəsarət baxımından hələ çox şey çatmır. O, hədəfini müəyyənləşdirir və ox kimi irəli şığıyır. Bundan əlavə, “Real” onun transferi üçün “River Pleyt”ə 45 milyon avro ödəyibsə, deməli, bunun müəyyən səbəbi var”.
Namiq HUN