Vacib duel: Azərbaycan qələbə ilə zirvəyə yaxınlaşa bilər

Vacib duel: Azərbaycan qələbə ilə zirvəyə yaxınlaşa bilər
18.04.2026 10:14 İdman

Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

TodayPress TV xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq.

“Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 17:00-da başlayacaq.

Azərbaycan yığma komandası 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Millimiz lider Macarıstandan 1 xal geri qalır. İlk üçlüyü 3 xalla Şimali Makedoniya təşkil edir. Andorra isə 1 xalla sonuncudur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər