ABŞ Oleşkidə atəşkəs elan edir, Ukrayna Moskvanı vurur
Ağ Ev Rusiyanın və Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, atəşkəs oktyabrın 29-da başlayacaq.
Atəşkəs humanitar yardımın çatdırılması və xüsusi dəhliz vasitəsilə mülki əhalinin təxliyəsi məqsədilə əldə edilib.
Ağ Ev həmçinin bildirib ki, ABŞ-nin birinci xanımı Melaniya Tramp bütün proses boyunca Rusiya və Ukrayna qruplarının ərazidəki fəaliyyətini müşayiət etmək və sənədləşdirmək üçün müstəqil Amerika media təşkilatını cəlb edib.
Xatırladaq ki, Moskvaya PUA hücumu nəticəsində Şeremetyevo hava limanında uzun növbələr yaranıb, insanlar təxliyə edilir.
Aysel Mətləb