Uşu-sanda millisinin heyəti açıqlandı

Uşu-sanda millisinin heyəti açıqlandı
17.10.2025 09:15 İdman

İslam Həmrəylik Oyunlarında uşu-sanda yarışlarında Azərbaycanı təmsil edəcək idmançılar təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Uşu-Sanda Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirir ki, yarışlarda Azərbaycan komandasını 3 kişi və 2 qadın uşu-sandaçı təmsil edəcək.

Böyük məşqçi Bəhrəddin Səlimovun rəhbərliyi altında İslam Həmrəylik Oyunlarında döşək üzərində Elçin Eminov (60 kq), Hamzə Rəsulzadə (70 kq), Elvin Abbasov (85 kq), Xalidə Mirzəyeva (56 kq) və Azərpur Mirfatimə ( 60 kq) bacarıqlarını göstərəcəklər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər