Universiada: Vəliyeva yarımfinala yüksəlib

Universiada: Vəliyeva yarımfinala yüksəlib
23.07.2025 14:33 İdman

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışlarına start verilib.

TodayPress TV xəbər verir ki, bu gün tatami üzərinə dörd azərbaycanlı cüdoçu çıxıb.

Aydan Vəliyeva (52 kq) ilk görüşündə Kambocadan Seynih Kunu, daha sonra isə fransalı Lea Beresi məğlub edərək yarımfinala yüksəlib.

Könül Əliyeva (48 kq) yarışa məğlubiyyətlə başlayıb – o, ilk görüşdə almaniyalı Helena Habibə uduzub.

Babarəhim Mirzəyev (60 kq) ilk qarşılaşmada polşalı İqor Blaşaka qalib gəlsə də, növbəti mərhələdə yaponiyalı Yamada Fukudaya məğlub olub.

Nazir Talıbov (66 kq) Haitidən Etnaison Sent-Hilar üzərində qələbə qazansa da, daha sonra ukraynalı Mikita Qoloborodkoya uduzub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər