Ulduz hücumçu danışdı: indi əsas hədəf çempionluqdur!
İdman
17.04.2026 10:42
Robert Levandovski “Barselona”dakı gələcəyi ilə bağlı vəziyyətə aydınlıq gətirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Polşalı hücumçu hazırda diqqətini gələcək transferlərə deyil, mövsümün hədəflərinə yönəltdiyini bildirib:
“Vaxtımız var, klub mənim nə düşündüyümü bilir. Qərar vermək üçün zamana ehtiyacım var və bu, hər iki tərəf üçün başadüşüləndir. Hazırda ən vacibi cari mövsüm nəyə nail olmaq istədiyimizi anlamaqdır. Təkliflər və gələcək barədə danışmaq istəmirəm. İndi əsas olan La Ligadır, sonra hər şeyi müzakirə etmək olar”.
Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Təcrübəli forvard cari mövsümdə bütün turnirlərdə 40 oyunda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Robert Levandovski,Barselona,Klub,Futbol,Todaypress.tv,
