Ukraynalı istedad “Liverpul”da

Ukraynalı istedad “Liverpul”da
29.12.2025 09:35 İdman

Ukrayna U15 milli komandasının yarımmüdafiəçisi Miroslav Vaskovski karyerasını “Liverpul” klubunun sistemində davam etdirəcək. 

TodayPress TV xəbər verir ki, 14 yaşlı futbolçunun transferini Mersisayd təmsilçisinin mətbuat xidməti açıqlayıb

“Liverpul” futbolçunun transfer sənədlərinin rəsmiləşdirilməsini başa çatdırıb. Vaskovski “Liverpul”a Avstriyanın “Austriya” klubundan keçib. O, Kiyevin “Lokomotiv” klubunun yetirməsidir.

“Miroslav, “Liverpul”a xoş gəlmisən!” - deyə klubun açıqlamasında bildirilib.

Ukraynalı istedad 2022-ci ildə “Austriya”ya qoşulub, 2025-ci ilin iyul ayından etibarən isə “Liverpul” akademiyasında hazırlıq keçib. Dekabrın sonunda “qırmızılar” bütün formal məsələləri həll edərək transferi rəsmən yekunlaşdırıblar.

Qeyd edək ki, Vaskovski dekabr ayında Ukrayna U15 millisindən Portuqaliyada keçirilən UEFA İnkişaf Turniri üçün dəvət alıb. Cari mövsümdə o, “Liverpul”un U14 və U15 komandalarında çıxış edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər