UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası!
UEFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu böyük məbləğdə cərimələnib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib.
UEFA “Rakuv”a Konfrans Liqasının III təsnifat mərhələsində İsveçin “Hammarbü” komandasına qarşı oyunda pirotexniki və digər vasitələrdən istifadəyə görə cərimə kəsib. Klub oyunda yaşananlara görə 60 000 avro ödəməli olacaq.
Ekstraklasa təmsilçisinə iki il sınaq müddəti verilib. Bu hal təkrarlanarsa, avrokuboklardakı növbəti ev matçında B1 və B7 sektorlarına azarkeşlər buraxılmayacaq.
Qeyd edək ki, “Rakuv” qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə də 8 000 avro cərimələnib.
Namiq HUN