Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR

Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR
20.11.2026 12:18 İdman

2026-cı ilin “İdman Paytaxtı” seçilən Qazax şəhərində İdman Festivalı keçirilir.

TodayPress TV xəbər verir ki, festivalda 13-15 yaşlı uşaqlardan ibarət idmançılar 24 idman növü üzrə təmsil olunurlar.

İştirakçılar atletika, ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, alpinizm, qılıncoynatma, qış idman növləri, kamandan oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, güləş, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük üzrə bacarıqlarını nümayiş etdirirlər.

Festival çərçivəsində ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, AMADA və süni intellekt mövzularında təlimlər də keçirilir. Bununla yanaşı, iştirakçılar arasında kamandan oxatma yarışı təşkil olunub.

Gənclər və idman naziri Fərid Qayıbov isə tonqal ətrafında festival iştirakçıları ilə görüşərək onların suallarını cavablandırıb.

Səmimi şəraitdə keçən görüş zamanı müxtəlif idman növlərini təmsil edən uşaqlar festivalla bağlı təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, İdman Festivalına noyabrın 22-də yekun vurulacaq.


Namiq HUN

FOTOLAR

Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 1
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 2
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 3
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 4
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 5
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 6
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 7
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 8
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 9
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 10
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 11
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 12
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 13
Qazaxda idman bayramı: Uşaqlar festivalda bir araya gəldi - FOTOLAR — 14
XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər