UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk qol vurulub.
TodayPress TV xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabı açıb - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
xxx
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma "Lublin Arena" stadionunda keçirilir.
Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.