Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı”

Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı”
14.08.2026 12:31 İdman

UFC rəhbəri Dana Uayt təşkilatın hazırkı yarımorta çəki çempionu İslam Mahaçev ilə sabiq çempion Həbib Nurməhəmmədovun UFC-dəki karyeralarını müqayisə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “TMZ Sports” məlumat yayıb. 

Amerikalı funksioner Mahaçevin daha uzun karyera keçirdiyini və bu baxımdan onun nailiyyətlərinin daha böyük olduğunu bildirib:

“Bəli, açıq-aydın İslam Həbibdən daha çox nailiyyət əldə edib, çünki o, daha uzun müddət döyüşüb. Həbib karyerasını davam etdirsəydi, nələrə nail ola biləcəyini heç kim bilmir. Düzünü desəm, Həbib hər kəsin bildiyi potensialını tam ortaya qoysaydı, şübhəsiz ki, bütün zamanların ən böyük döyüşçüsü olardı”.

Uayt həmçinin qeyd edib ki, Həbib UFC-yə qoşulmazdan əvvəl artıq çoxsaylı qələbələr qazanmışdı və buna görə də onun təşkilatda keçirdiyi karyera Mahaçevdən daha qısa olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər