Türkiyədən Nəriman Axundzadəyə yeni şans!
Nəriman Axundzadə “Ərzurumspor” klubuna icarəyə keçib.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin “Ərzurumspor” klubuna transfer olunub.
22 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb. Komandanın düşərgəsində olan forvard tibbi müayinədən də uğurla keçib.
Qeyd edək ki, Nəriman Axundzadənin transfer hüquqları ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. O, cari ilin fevralında “Qarabağ”dan ABŞ təmsilçisinə transfer olunaraq 3,5 illik müqavilə bağlamışdı.
Namiq HUN