Türkiyə nəhəngi Salah transferini bitirdi!
“Trabzonspor” klubu misirli hücumçu Məhəmməd Salah ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, klubun sosial şəbəkə hesabında yayılan məlumatda tərəflər arasında iki illik müqavilə bağlandığı bildirilib.
Qeyd edək ki, 34 yaşlı futbolçunun son klubu İngiltərənin “Liverpul” komandası olub. Salah bu yay mersisayd təmsilçisindən ayrılıb.
O, “Liverpul”un heyətində iki dəfə İngiltərə çempionu (2019/2020, 2024/2025), UEFA Çempionlar Liqasının (2018/2019) və klublararası dünya çempionatının (2019) qalibi olub. Forvard, həmçinin İngiltərə Kuboku (2021/2022), İngiltərə Liqa Kuboku (2021/2022, 2023/2024), İngiltərə Superkuboku (2022) və UEFA Superkubokunu (2019) qazanıb.
Namiq HUN