"The Athletic": London klubu yeni hədəflər müəyyənləşdirdi
İdman
27.12.2025 15:48
“Çelsi” klubu “Renn”in mərkəz müdafiəçisi Jeremi Jake və “Sent-Etyen”in hücumçusu Cilian N’Gessan ilə maraqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, hazırda London təmsilçisi adıçəkilən futbolçuların transferi üçün konkret addımlar atmayıb və prosesi izləmə mərhələsində saxlayır.
Romeo Lavianın tez-tez zədələnməsi səbəbindən “Çelsi” rəhbərliyi yay transfer pəncərəsində mərkəz yarımmüdafiə xəttini gücləndirmək variantını da nəzərdən keçirir.
Qeyd edək ki, cari mövsümdə 20 yaşlı Jeremi Jake Fransa Liqa 1-də 15 oyunda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb. 17 yaşlı Cilian N’Gessan isə bütün turnirlər üzrə 3 oyunda 1 qol vurub.
Namiq HUN
tag: Çelsi,Renn,Cilian N’Gessan,Sent-Etyen,Todaypress.tv,
