Tbilisidə dramatik final – Heydərov gümüş medalla kifayətləndi

İdman

17.04.2026 17:25

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda gürcü Laşa Şavdatuaşviliyə uduzub.

Nəticədə Hidayət karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Xatırladaq ki, olimpiya çempionu daha əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanıb. O, bunların 4-də çempion olub, birində isə gümüş medal əldə edib. H.Heydərov 1 dəfə isə dünya çempionu olub.

Namiq HUN

TodayPress TV

tag: Hidayət Heydərov,Cüdo,Çempionat,Gümüş medal,Todaypress.tv,