Tarixi uğur: Lempard “Koventri”ni zirvəyə daşıdı

İdman

18.04.2026 09:30

İngiltərənin “Koventri Siti” klubu baş məşqçi Frenk Lempardın rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, komanda “Blekbern Rovers” ilə 1:1 hesablı heç-heçə edərək cari mövsümün bitməsinə 3 tur qalmış bu uğura imza atıb. 

Çempionşipdə hazırda 43 oyundan sonra 86 xala malik olan “Koventri” turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan “İpsviç Taun” liderdən 11 xal geri qalır, baxmayaraq ki, ehtiyatda iki oyunu var.

Pley-off zonasında isə Milluoll (73 xal), Sauthempton (72), Midlsbro (72) və Hall Siti (68) yer alır.

Qeyd edək ki, Frenk Lempard 2024-cü ilin noyabrından “Koventri Siti”yə rəhbərlik edir. Komanda ötən müddət ərzində 79 oyunda 43 qələbə qazanıb və 16 dəfə heç-heçə edib.

Namiq HUN

TodayPress TV

tag: Koventri Siti,Frenk Lempard,Blekbern Rovers,Premyer Liqa,Todaypress.tv,