Talişka “Fənərbağça”dan gedir?
“Fənərbağça” klubu braziliyalı futbolçu Anderson Talişka ilə bağlı qərarını verib.
TodayPress TV xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda yarımmüdafiəçi ilə yollarını ayıracaq.
Klub rəhbərliyi 31 yaşlı futbolçunun qeyri-sabit çıxışı səbəbindən onunla müqaviləni yeniləmək niyyətində deyil.
Talişka ilə Braziliyanın bir neçə klubu maraqlanır. Futbolçunun karyerasını vətənində davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Anderson Talişka cari mövsümdə “Fənərbağça”nın heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Namiq HUN