Taekvondoçumuz Universiadada ilk qələbəsini qazandı

Taekvondoçumuz Universiadada ilk qələbəsini qazandı
22.07.2025 12:29 İdman

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan taekvondoçuları çıxışlarını davam etdirirlər.

TodayPress TV xəbər verir ki, növbəti yarış günündə üç idmançımız mübarizəyə başlayır.

Fuad Təhməzov (63 kq) qələbə ilə start götürüb. O, slovakiyalı Matey Horvata qalib gələrək 1/8 finala yüksəlib.

Bu mərhələdən mübarizəyə qoşulacaq digər idmançımız Eltac Qəfərov olacaq. Onun rəqibi macarıstanlı Kelen Bailey olacaq.

Məryəm Məmmədova (53 kq) isə 1/16 final mərhələsində tailandlı Çutikan Conqkolratanavanata ilə qarşılaşacaq.
(İdman.biz)

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər