Superliqa klubunun yeni baş məşqçisi bəlli oldu

Superliqa klubunun yeni baş məşqçisi bəlli oldu
29.12.2025 21:15 İdman

Bu mövsüm Türkiyə Superliqasında uğursuz çıxışı ilə diqqət çəkən “Fatih Karagümrük” komandasının yeni baş məşqçisi bəlli olub.

TodayPress TV klubun rəsmi saytına istinadla xəbər verir ki, Superliqa təmsilçisi Aleksandar Stanoyeviçlə anlaşıb. Serbiyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

A.Stanoyeviç 2023-2024-cü illər mövsümündə Türkiyənin digər klubu “Konyaspor”a başçılıq edib.

Qeyd edək ki, “Fatih Karagümrük” Superliqada mövsümünün ilk hissəsini 9 xalla turnir cədvəlinin sonuncu pilləsində başa vurub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər