Super Liqada növbəti qarşılaşma: “DH Volley” UNEC-ə set vermədi

Super Liqada növbəti qarşılaşma: “DH Volley” UNEC-ə set vermədi
13.11.2026 18:50 İdman

Qadın voleybolçuların Azərbaycan Super Liqasında birinci turdan təxirə salınmış UNEC - “DH Volley” oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, UNEC voleybol klubunun idman zalında baş tutan qarşılaşmada qonaqlar 3:0 (26:24, 25:12, 25:15) hesabı ilə qalib gəliblər.

Görüş “DH Volley”nin avrokuboklarda iştirakı səbəbindən təxirə salınmışdı.

Super Liqada növbəti oyun noyabrın 14-də keçiriləcək. İkinci tur çərçivəsində “Gəncə” Gəncə İdman Sarayında “Naxçıvan”la qarşılaşacaq. Görüş saat 16:00-da başlayacaq.

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər