EHF Avropa Kuboku: "Kür" komandası Şimali Makedoniya klubuna məğlub oldu
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.
TodayPress TV xəbər verir ki, turnirin III təsnifat mərhələsində Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 24:27 hesabı ilə məğlub olub.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq. "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.