Şumaxer “Red Bull”dan ümidlidir

İdman

29.12.2025 12:10

“Formula-1” üzrə sabiq pilot, hazırda isə ekspert kimi çıxış edən Ralf Şumaxer “Red Bull” komandasının qarşıdakı mövsümə hazırlığı ilə bağlı fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə F1-insider.com saytı məlumat yayıb. 

Ralf, “Red Bull”un amerikalı avtomobil nəhəngi “Ford” ilə əməkdaşlığının ciddi nəticələr verəcəyinə əmin olduğunu bildirib.

“Görünür, ilkin mərhələdə “Ford”la müəyyən müzakirələr olub. Amma eşitdiklərimə görə, söhbət təkcə ayrılan büdcədən yox, daxili proseslərdən də gedir. Bu, çox, çox yaxşı əməkdaşlıq olacaq. “Ford” xüsusilə batareyalar sahəsində böyük töhfə verə bildi və buna görə də vəziyyət daha da yaxşılaşacaq”, - deyə Şumaxer vurğulayıb.

Qeyd edək ki, Ralf Şumaxer “Red Bull”un yeni mövsümdəki perspektivlərini dəyərləndirib. 

Namiq HUN

TodayPress TV

tag: Ralf Şumaxer,Formula-1,Red Bull,Ekspert,Todaypress.tv,