Stolüstü tennisçilərimiz Qazaxıstanda zirvəni ələ keçiriblər!
Azərbaycanın stolüstü tennis üzrə qadın və oğlanlardan ibarət yığma komandaları Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında mübarizəni davam etdirirlər.
TodayPress TV xəbər verir ki, qadınlardan ibarət millimiz bu gün yarışın üçüncü turu çərçivəsində növbəti görüşlərinə çıxacaq.
Baş məşqçi Fərhad İsmayılovun rəhbərlik etdiyi komandada ölkəmizi Pavlodarda keçirilən turnirdə Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurova təmsil edirlər.
Oğlanlardan ibarət yığmamız isə Almatı şəhərində üçüncü turun oyunlarında qüvvəsini sınayacaq. Baş məşqçi Ramil Cəfərovun rəhbərliyi altında Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət komandamız baş mükafat uğrunda mübarizə aparır.
Qeyd edək ki, ilk iki turun nəticələrinə əsasən, hər iki Azərbaycan yığması 12 komandanın iştirak etdiyi turnir cədvəlinə başçılıq edir.
Avrasiya Liqasının üçüncü turuna noyabrın 8-də yekun vurulacaq.
