Hakimlərə etirazın bədəli ağır oldu: Letanq futboldan uzaqlaşdırıldı!

Hakimlərə etirazın bədəli ağır oldu: Letanq futboldan uzaqlaşdırıldı!
06.11.2026 11:20 İdman

Fransanın “Lill” klubunun prezidenti Olivye Letanq hakimləri tənqid etdiyinə görə altı ay müddətinə rəsmi futbol fəaliyyətindən kənarlaşdırılıb. Bu cəzanın iki ayı şərti xarakter daşıyır.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Cəza Fransa Liqa 1-in II turunda “Lill” və PSJ arasında keçirilən oyundan sonra tətbiq edilib. Avqustun 28-də baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Sentyabrın 16-da Peşəkar Futbol Liqasının (LFP) intizam komissiyası klub rəhbərini 20 min avro məbləğində cərimələməklə kifayətlənib. Lakin Fransa Futbol Federasiyasının (FFF) icraiyyə komitəsi bu cəzanı həddindən artıq yüngül hesab edərək apellyasiya şikayəti verib.

Apellyasiya şikayətinə baxıldıqdan sonra Letanqın cəzası altı ayadək artırılıb. Bu müddətin iki ayı şərti hesab olunub. Əvvəlki 20 min avroluq cərimə isə qüvvədə saxlanılıb.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər