Moldova ruslar və belaruslular üçün viza rejimi tətbiq edə bilər
Moldova Rusiya və Belarus vətəndaşları üçün viza rejimi tətbiq etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bunu ölkənin Baş naziri Vasile Tofan bildirib.
Baş nazirin sözlərinə görə, Moldova hələlik bununla bağlı konkret tarix açıqlamağa hazır deyil.
O, ölkənin milli viza siyasətini Avropa İttifaqının qaydalarına uyğunlaşdıracağının şübhə doğurmadığını vurğulayıb.
Bu dəyişiklik nəticəsində Rusiya və Belarus da daxil olmaqla, bir sıra ölkələrin vətəndaşları üçün vizasız gediş-gəliş avtomatik olaraq ləğv ediləcək.
Zəhra Məmmədova