Rusiya-Ukrayna sülhü üçün tarix açıqlandı
Litva Prezidenti Gitanas Nauseda Rusiyanın Ukrayna ilə ciddi sülh danışıqlarına ən azı 2027-ci ilin yazına qədər başlamayacağı barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, Nausedanın sözlərinə görə, Rusiya rəhbərliyi hazırda danışıqlara başlamaqda maraqlı deyil və Moskva ən azı 2027-ci ilin yazına qədər bu istiqamətdə ciddi addım atmaya bilər.
O bildirib ki, Rusiya qış boyunca Ukraynaya təzyiqi davam etdirəcək, eyni zamanda Kiyevin qəbul edə bilməyəcəyi şərtlər irəli sürərək danışıqlar aparırmış kimi görünməyə çalışacaq.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan işçi səviyyəli Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-nə planlaşdırılıb. Görüşün ləğv edilməsi barədə isə rəsmi açıqlama verilməyib.
Digər tərəfdən, Polşa və Litva hərbçiləri “Dinamik Cəbhə 2026” hərbi təlimlərinə hazırlaşırlar.
Jalə Rövşən