Mən qalib gəldiyim vaxt Netanyahu uduzdu, Tramp da uduzur... - VİDEO

Mən qalib gəldiyim vaxt  Netanyahu uduzdu, Tramp da uduzur... - VİDEO
06.11.2026 11:56 Dünya

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin siyasi mövqeyindən danışaraq ABŞ və İsraildəki siyasi proseslərə münasibət bildirib. 

TodayPress TV "Clash Report"a istinadən xəbər verir ki, Lula özünün seçkidə qalib gəldiyi həftə İsrailin Baş naziri Benyamin Netanyahunun məğlub olduğunu, ABŞ Prezidenti Donald Trampın da ABŞ-da siyasi məğlubiyyətlə üzləşdiyini düşündüyünü deyib.

“Başqa bir məqam da vacibdir: mənim qalib gəldiyim həftə Netanyahu İsraildə uduzdu və deyəsən, dostum Tramp ABŞ-da uduzur. Bu, Braziliya xalqı üçün fövqəladə qələbə idi. Bu, dünyaya bir dərs oldu. Braziliya xalqı ayağa qalxaraq dedi: Braziliya heç kimin arxa həyəti olmağı qəbul etmir”, - Lula bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər