Büdcədən Nazirlər Kabinetinə 45 milyon ayrılır

Büdcədən Nazirlər Kabinetinə 45 milyon ayrılır
06.11.2026 11:50 İqtisadiyyat

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4% çox - 45,166 milyon manat vəsait ayrılacaq.

TodayPress TV xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Belə ki, həmin vəsaitin 39,322 milyon manatı əməyin ödənişinə, 5,12 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 510 min manatı sosial ödənişlərə, 215 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.

TodayPress TV

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər