Məğlubiyyətə baxmayaraq, Stepanoviç Avropanın diqqətini çəkdi!

Məğlubiyyətə baxmayaraq, Stepanoviç Avropanın diqqətini çəkdi!
06.11.2026 10:56 İdman

“Neftçi” klubunun basketbolçusu Aleksa Stepanoviç FIBA Avropa Kubokunun qrup mərhələsinin V turunun ən yaxşı beş oyunçusu sırasına daxil edilib.

TodayPress TV xəbər verir ki, serbiyalı legioner Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşmada uğurlu çıxışı ilə diqqət çəkib.

Həmin görüşdə “Neftçi” rəqibinə 72:76 hesabı ilə məğlub olub.

Stepanoviç matç ərzində 23 xal toplayıb, 9 ribaund edib və 6 məhsuldar ötürmə verib.

Turun rəmzi beşliyində yer alan digər basketbolçular Yunanıstanın “Promiteas” klubunun üzvü Nikos Diplaros (20 xal, 14 məhsuldar ötürmə), İsveçrənin “Lions” komandasından Kori Floyd (28 xal), Rumıniyanın “Universitatya Kraiova” klubunun oyunçusu Ronald Polayt (20 xal, 7 ribaund, 8 məhsuldar ötürmə) və Türkiyənin “Esenler Erokspor” klubunun təmsilçisi Amadu Sou (17 xal, 4 ribaund, 4 məhsuldar ötürmə) olub.

Qeyd edək ki, V turun ən yaxşı basketbolçusu azarkeşlər arasında keçiriləcək səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər