Ankaranın Somaliyə qədər uzanan “Mavi Vətən”i coğrafi iddia deyil - Tatlıoğlu

Ankaranın  Somaliyə qədər uzanan “Mavi Vətən”i  coğrafi iddia deyil - Tatlıoğlu
06.11.2026 12:08 Dünya

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, oramiral Ercüment Tatlıoğlu “Mavi Vətən” strategiyasının Egey dənizindən Qara dənizə, Şərqi Aralıq dənizindən Liviyaya və Somaliyə qədər geniş coğrafiyanı əhatə etdiyini bildirib.

TodayPress TV  "Defence Turk" X kanalına istinadən xəbər verir ki, Tatlıoğlu “Mavi Vətən” konsepsiyasının milli dəniz maraqlarının qorunması, təhlükəsizlik, enerji, elmi araşdırmalar, müdafiə sənayesi və diplomatiyanı vahid dövlət strategiyasında birləşdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Egey dənizi milli hüquqların qorunması və böhranların idarə edilməsini, Qara dəniz Montrö rejiminin və regional təhlükəsizliyin təmin olunmasını, Şərqi Aralıq dənizi və Liviya isə dəniz sərhədlərinin hüquqi müəyyənləşdirilməsini və diplomatik imkanların genişləndirilməsini təmsil edir.

Komandan qeyd edib ki, Somali Türkiyənin elmi araşdırma, enerji və təhlükəsizlik imkanlarını tərəfdaşlıqlar vasitəsilə uzaq dənizlərə daşımasını simvolizə edir.

O əlavə edib ki, “Mavi Vətən” konsepsiyası sərhədsiz coğrafi iddia deyil, Türkiyənin dəniz ticarəti, enerji, müdafiə və diplomatik maraqlarını birləşdirən dövlət strategiyasıdır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər