Kapitanın vida matçı: Mahmudov Andorraya qarşı son dəfə oynayacaq!

Kapitanın vida matçı: Mahmudov Andorraya qarşı son dəfə oynayacaq!
06.11.2026 12:50 İdman

Futbol üzrə Azərbaycan millisinin kapitanı və yarımmüdafiəçisi Emin Mahmudov yığmada çıxışını başa çatdırmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı futbolçu federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra belə qərar verib. Noyabrın 16-da Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü Mahmudovun Azərbaycan millisinin heyətində son oyunu olacaq.

Qeyd edək ki, 2016-cı ildən milli komandada çıxış edən Emin Mahmudov indiyədək 15 qol vurub. O, bu göstərici ilə Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçudur.

Namiq HUN

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər