"Spartak" Nikolayevlə 3 illik müqavilə imzaladı
Rusiyanın “Spartak” futbol klubu qapıçı Dmitri Nikolayevlə yeni müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, 25 yaşlı qolkiperlə imzalanan müqavilə 2027/28-ci il mövsümünün sonunadək qüvvədə olacaq.
Xatırladaq ki, Dmitri Nikolayev 2023-cü ildən etibarən “Spartak”ın heyətində çıxış edir. Bu müddət ərzində o, "qırmızı-ağlar"ın heyətində 74 oyunda meydana çıxıb. Həmin matçlarda 37 qələbə qazanan qapıçı, 4 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.
Klub rəhbərliyi qolkiperin sabit çıxışından razı qaldığını və onunla uzunmüddətli əməkdaşlığa davam etmək niyyətində olduğunu bildirib.
Töhfə Səməd