Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir

Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir
07.08.2026 09:35 İdman

“Mançester Yunayted” qadın komandasının baş məşqçisi vəzifəsinə Eva Olidin təyin olunduğunu rəsmən açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

40 yaşlı mütəxəssislə 2028-ci ilin iyun ayınadək müqavilə imzalanıb. Razılaşmaya daha 12 ay uzadılma bəndi də daxil edilib. 

O, yeni mövsümün başlanmasına bir ay qalmış vəzifəsindən ayrılan Mark Skinneri əvəzləyib.

Klubun yaydığı açıqlamada bildirilib ki, Eva Olidin təyinatı qadın komandası üçün uzunmüddətli inkişaf və uğur strategiyasının həyata keçirilməsində yeni dövrün başlanğıcı hesab olunur.

Şotlandiyanın “Hearts” qadın komandasından “Mançester Yunayted”ə keçən Olid əvvəlki klubunda böyük uğurlara imza atıb. O, komandanı ikinci diviziondan elitaya yüksəldib və may ayında Şotlandiya Qadınlar Premyer Liqasının çempionu edib.

Bu nailiyyətlərinə görə Eva Olid həm Şotlandiya Qadınlar Premyer Liqasında ilin ən yaxşı baş məşqçisi, həm də Peşəkar Futbol Assosiasiyasının versiyasına əsasən ilin məşqçisi seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər