Zəka sahiblərimizdən qitə miqyaslı hədəf: klublarımız Avropa Kubokunda qürurumuz olacaq!
Monteneqronun Budva şəhərində şahmat üzrə ən mötəbər klub yarışlarından biri – klublar arasında Avropa Kuboku start götürür.
TodayPress TV xəbər verir ki, oktyabrın 17-23 tarixlərində təşkil olunacaq kişi və qadın klublarının mübarizəsi İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq və qitənin ən güclü şahmatçılarını bir araya gətirəcək.
Kişi şahmatçılardan ibarət “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev yer alıblar. Komandanın kapitanı Sərxan Həşimovdur.
Azərbaycanın aparıcı qadın şahmatçılarından formalaşan “Odlar Yurdu” kollektivində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparacaqlar. Komandanın kapitanı isə Nicat Abasovdur.
Namiq HUN