İran Xəzəri xəritədən sildi
İranın dövlət televiziyası hava proqnozlarında Xəzər dənizinin ənənəvi farsca adlarından biri olan “Xəzər dənizi” ifadəsini “Kaspi dənizi” ilə əvəz edib.
TodayPress TV xəbər verir ki, dəyişiklik İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olduğu bildirilən “Ofek” telekanalında yayımlanan “Xəzər dənizinin adını Xəzər olaraq dəyişdirmək xəritəsi” adlı verilişdən sonra gündəmə gəlib.
Proqramda iştirak edən ekspertlərdən biri bu adın İran mənşəli olmadığını və dünyada İranın bu addan istifadə etməsinə istehza ilə yanaşıldığını bildirib.
Qiymət Mahir