Cəza xəbəri avtobusda verildi: Joze Mourinyo skandalın üstünü açdı!
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo hücumçu Vinisius Juniora tətbiq edilən dörd oyunluq uzunmüddətli diskvalifikasiyaya görə İspaniya Kral Futbol Federasiyasını (RFEF) sərt şəkildə ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Madrid Xtra” “X” sosial şəbəkəsində məlumat yayıb.
Portuqaliyalı mütəxəssis cəza xəbərinin oyun vaxtına təsadüf etməsinə qəzəblənib:
“Siz düşünürsünüz ki, İspaniya klubunun oyunçusunun matçdan bir saat əvvəl dörd oyunluq diskvalifikasiya alması normaldır? Bu, normaldırmı? Onlar bunu Çempionlar Liqasının “Roma” ilə matçından sonra, və ya səhər tezdən edə bilməzdilər? Həqiqətənmi o, bunu avtobusda öyrənməli idi? Onlar vicdansızdırlar. Artıq gizlənmirlər. Matçdan bir saat əvvəl oyunçunu psixoloji cəhətdən məhv etməyə çalışdılar. Niyə? Bu, İspaniya komandasıdır, nə üçün ona zərər verməyə çalışırlar?”.
Xatırladaq ki, braziliyalı futbolçu La Liqanın VIII turunda “Vilyarreal”la matçda (1:0) rəqib oyunçu Natan-Dilan Salibin saçından tutduğu üçün qırmızı vərəqə alıb.
Namiq HUN