Pley-off biletini qoparan qələbə: U-23 millimiz hədəfə doğru irəliləyir!
Xorvatiyada təşkil olunan minifutbol üzrə dünya çempionatında mübarizə aparan Azərbaycanın 23 yaşadək milli komandası növbəti qələbəsini qazanıb.
TodayPress TV xəbər verir ki, yığmamız qrup mərhələsindəki həlledici oyununda Slovakiya seçməsi ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu mühüm zəfərdən sonra millimiz adını mundialın pley-off mərhələsinə yazdırıb.
Xatırladaq ki, U-23 yığmamız turnirdə bundan əvvəlki görüşlərdə də uğurlu nəticələrə imza atmışdı. Komandamız Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiya kollektivlərinin hər ikisini eyni hêsabla – 4:2 üstələmiş, Rumıniya seçməsi ilə isə heç-heçə (3:3) etmişdi.
Namiq HUN