“Bu, həqiqətən qorxunc olardı!”: Antonellidən Maks Ferstappen etirafı!

“Bu, həqiqətən qorxunc olardı!”: Antonellidən Maks Ferstappen etirafı!
15.10.2026 14:56 İdman

“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli “Red Bull”un dördqat “Formula-1” çempionu Maks Ferstappenin  çempionatdakı xal fərqini azaltmasının onu ciddi şəkildə narahat edə biləcəyini etiraf edib. 

TodcayPress TV xəbər verir ki, bu barədə “FormulaPassion” nəşri məlumat yayıb. 

Gənc sürücü rəqibinin Malayziya Qran-prisindəki, Sinqapurdakı sprint yarışındakı və əsas Qran-pridəki qələbələrindən sonra onun forması haqqında fikirlərini bölüşüb. Antonelli rəqib təhlükəsindən bəhs edərkən belə deyib:

“Bilirəm ki, bu, həqiqətən qorxunc olardı. Bu, çox və çox ciddi narahatlıq doğurardı. Lakin ümumilikdə hesab edirəm ki, biz öz işimizin öhdəsindən əla gəlirik. Mövsümə bütövlükdə nəzər salsaq, biz həmişə mübarizənin içində olmuşuq”.

O, komandanın əla maşına sahib olduğunu və hazırda yeni yeniləmələr paketini anlamağa çalışdıqlarını qeyd edib. Həmçinin çətinliklərin öhdəsindən gəldikləri üçün qürur duyduğunu bildirən pilot Ostinə qayıtmağı və yeni yeniləmələri daha dərindən analiz etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Namiq HUN

TodayPress TV


XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər