Mühafizəçi “Formula-1” ulduzunu içəri buraxmadı, Ferstappen köməyə gəldi!
Sinqapur Qran-prisindən sonra “Formula-1” padokunda olduqca qəribə və gülməli hadisə yaşanıb.
TodayPress TV xəbər verir ki, “Mercedes” komandasının gənc pilotu Andrea Kimi Antonelli trasın girişində gözlənilməz problemlə üzləşib - növbətçi mühafizəçi idmançını içəri buraxmayıb.
İtaliyalı pilot özünün “Formula-1” sürücüsü olduğunu desə də, bu, mühafizəçini inandırmağa kömək etməyib. Xoşbəxtlikdən, həmin an oradan keçən “Red Bull” ulduzu və yarışın qalibi Maks Ferstappen vəziyyətə müdaxilə edərək məsələni həll edib və Antonellinin içəri daxil olmasına kömək göstərib.
Qeyd edək ki, Sinqapur Qran-prisinin qalibi Maks Ferstappen olub. Andrea Kimi Antonelli isə şəxsi hesabda liderliyini qorumaqla yanaşı, yarışı üçüncü pillədə başa vurub.
İtaliyalı sürücü artıq oktyabrın 23-dən 25-dək ABŞ-nin Ostin şəhərində keçiriləcək növbəti mərhələdə vaxtından əvvəl çempion ola bilər.
Namiq HUN