Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir!
Dünyanın bir nömrəli tennisçisi Arina Sobolenko Kanadanın Toronto şəhərində keçirilən WTA-1000 turnirində 1/8 finala yüksəlib.
TodayPress TV xəbər verir ki, belaruslu tennisçi üçüncü turda çinli Can Şuayı 6:3, 6:4 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Bu qələbə ilə Sobolenko 2026-cı ildə sərt örtükdə keçirdiyi 26 matçın 25-də qalib gəlib. Onun yeganə məğlubiyyəti "Australian Open" finalında Yelena Rıbakinaya qarşı olub.
Bununla yanaşı, Sobolenko cari mövsümdə ümumilikdə 38-ci qələbəsini qazanıb. O, son 10 ildə Serena Uilyamsdan (2016) sonra mövsümdə 25 sərt örtük qələbəsinə ən tez çatan tennisçi olub.
Belaruslu raketka sahibi növbəti mərhələdə rusiyalı Yekaterina Aleksandrova ilə üz-üzə gələcək.
Namiq HUN